AZ EN RU

Ötən il 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib

2023-cü il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi ilə 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Bildirilib ki, həmin protokollar əsasında 63 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. On üç inzibati xəta protokolu isə hazırda məhkəmələrin icraatındadır.

Nəşr edilib : 19.02.2024 12:42