AZ EN RU

Ötən il 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib

2023-cü ildə ƏMAS-da aparılmış elektron monitorinqlər nəticəsində istehsalatda bədbəxt hadisələrdən sığortalanma və minimum əmək haqqından aşağı məbləğdə formalaşmış əmək münasibətləri səbəbindən 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib, müvafiq inzibati tədbirlər görülüb.
Bu sözləri 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir Ceyhun Cəlilov deyib. Nazir həmçinin bildirib ki, əmək hüquqlarının pozulmasına ilə bağlı 2022-ci il ərzində vətəndaşlardan 22 müraciət  daxil olarkən, 2023-cü ildə isə bu istiqamətdə 285 vətəndaşın müraciəti araşdırılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.01.2024 17:24