AZ EN RU

Ötən il 135 min kiloqramdan artıq poçt bağlaması qəbul edilib və göndərilib

Naxçıvanpoçt” PHŞ tərəfindən ötən il 135 min kiloqramdan artıq poçt bağlaması qəbul edilib  və göndərilib.

Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib. Həmçinin, 2023-cü ildə poçt məntəqələrində kommunal ödənişlərin yığılması və sayğacların smartkartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından və internet xidmətlərindən istifadə haqlarının, kredit ödənişi və digər xidmətlərin göstərilməsi uğurla həyata keçirilib.

Nəşr edilib : 13.01.2024 16:16