AZ EN RU

Ötən il 10 hektar sahədə orqanik meyvə bağı salınıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası aidiyyəti təşkilatlar tərəfindən diqqət mərkəzində saxlanılır.  

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən Dövlət Proqramında nəzərdə tutulan prioritetlərin icrasına uyğun olaraq nazirliyin dəstəyi ilə Kəngərli rayonunun Təzəkənd kəndində 5 hektar sahədə (1000 ərik, 1000 badam) orqanik meyvə bağı salınıb. Orqanik məhsul istehsalı üçün salınan bağda ispan sortu badam, yerli sort ərik tinglərinin əkini aparılıb. Bağın salınmasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər. Bundan başqa “Orqanik Naxçıvan” publik hüquqi şəxsi və onun ilk rezidenti olan “Zəngi-2023” MMC ilə birgə Babək rayonunun Hacıvar kəndində 5 hektar torpaq sahəsində 3000 ərik tingi əkilib. Cari ilin mart ayında bu bağın 50 hektara çatdırılması planlaşdırılır. Bağın fəaliyyəti müasir standartlara uyğun, intensiv olaraq təşkil olunacaqdır.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2024 14:06