AZ EN RU

Ötən gün ölkədə 10 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,7 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Nəşr edilib : 11.01.2024 11:02