AZ EN RU

Ötən gün ölkə ərazisində xeyli sayda silah-sursat aşkar edilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və müxtəlif çaplı 66 patron təhvil götürüblər.

Həmçinin martın 27-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 3 avtomat silahı, 7 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 21 alışdırıcı, 29 patron darağı, müxtəlif çaplı 4 min 200 patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Nəşr edilib : 28.03.2024 10:49