AZ EN RU

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Yanvarın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan iki avtomat, 1 tapança, 2 müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirirlər.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 1 tapança, 1 qumbara, 5 müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 müxtəlif çaplı patronu təhvil götürüblər.

Nəşr edilib : 19.01.2024 11:04