AZ EN RU

Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,3 kiloqramdan artıq heroin, 7,7 kiloqrama yaxın marixuana, 640 qramdan çox metamfetamin, həmçinin 302 metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Nəşr edilib : 17.04.2024 10:39