AZ EN RU

Ötən ay respublikada gündəlik 600 min barelə qədər neft hasil edilib

Cari ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 476 min barelini xam neft, 122 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Nəşr edilib : 13.03.2024 11:02