AZ EN RU

Ötən ay Naxçıvanda muzeyləri 46 mindən artıq insan ziyarət edib

Muzeylər xalqımızın tarixini, əsrlər boyu yaratığı zəngin mədəniyyət nümələrini özündə qoruyub saxlayan, gələcəyə daşıyan mədəniyyət ocaqlarıdır. Bu səbəbdəndir ki, diyarımıza qonaq gələn insanların elə ilk üz tutduğu yerlər məhz muzeylərdir. Ötən ay Naxçıvan muzeyləri 30 min 244 nəfər yerli, 16 min 87 nəfər əcnəbi olmaqla, ümumilikdə 46 min 331 nəfər tərəfindən ziyarət edilib.

Muxtar respublikada fəaliyyət göstərən muzeylərdə  nümunəvi xidmət göstərilməsi, əməkdaşlarının peşə biliklərinin artırılması, yeni eksponatlarla zənginləşdirilməsi də diqqətdə saxlınılır. Belə ki, noyabr ayında muzeylərə 57 yeni eksponat daxil olub, seminar-treninq təşkil olunub.

Həmçinin ümumtəhsil məktəblərinin şagirdlərinə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 34 açıq dərs və 21 mühazirə keçirilib, müxtəlif tədbirlər gerçəkləşib.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2023 16:50