AZ EN RU

Ötən ay muxtar respublika muzeylərini 26 min 330 nəfər ziyarət edib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzeylərdə nümunəvi xidmət göstərilməsi, uşaq və yeniyetmələrin mədəni irsimizin qorunduğu muzeylərlə əlaqələrinin gücləndirilməsi, eləcə də muzey fondlarının eksponatlarla zənginləşdirilməsi diqqətdə saxlanılır. Görülən işlərin davamı olaraq, ötən ay muzeylərdə ümumtəhsil məktəblərinin şagirdlərinə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 2 interaktiv dərs, 37 açıq dərs və 50 mühazirə keçirilib. Gerçəkləşən tədbirlərlə yanaşı, sərgilər qurulub, muzey əməkdaşlarının peşəkarlığının təmini üçün seminar təşkil edilib.

Fevral ayı ərzində muzeyləri 21 min 713 nəfər yerli, 4 min 617 nəfər əcnəbi olmaqla, ümumilikdə 26 min 330 nəfər ziyarət edib, 49 yeni eksponat daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.03.2024 17:45