AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 61 yeni eksponat daxil olub

    Hesabat ayında muxtar respublikanın mədəniyyət müəssisələrində ölkədə elan edilmiş “Şuşa ili”, tarixi və əlamətdar günlər, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur. Avqustun 2-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirilmiş, “Axırıncı namaz” qısametrajlı bədii filmin təqdimatı olmuş və “Miras” bədii-sənədli filmi nümayiş etdirilmişdir. 

    “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 5 xalça haqqında məlumat “naxcivan_muzeyleri” “Instagram” səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır. “Şuşa ili” və Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı, ümumilikdə, 30 tədbir keçirilmiş, o cümlədən şairənin “Neçin gəlməz” kitabının müzakirəsi təşkil edilmişdir.
    Avqust  ayında muxtar respublikanın muzeylərini 32 min 767 yerli, 4 min 297 əcnəbi olmaqla, ümumilikdə, 37 min 64 tamaşaçı ziyarət etmiş, muzeylərə 61 yeni eksponat daxil olmuşdur. Ötən ay muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Bundan başqa, hesabat ayında Ordubad, Kəngərli və Sədərək Rayon Tarix-Diyarşünaslıq muzeyləri əməkdaşlarının müvafiq olaraq Aşağı Əylis, Yurdçu və Sədərək kəndlərində yaşayan sakinlərlə görüşü olmuşdur. Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda 301 material hazırlanmış, sosial şəbəkələrdə paylaşılmışdır. 
    Muxtar respublika kitabxanalarında Xurşidbanu Natəvanın 190, şairə Mirvarid Dilbazinin 110 illik yubileyləri münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. Ötən ay “Mütaliə”, “Kitabxanaçı”, “Ktabxana” və “Nağıl” günləri ilə bağlı kitabxanalar tərəfindən 86 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 34 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Naxçıvan Muxtar Respublika Kitabxanasında gənclərin iştirakı ilə “Azərbaycan gəncliyi və milli-mənəvi dəyərlər” adlı maarifləndirici tədbir keçirilmiş, “Bir günəş altında” filmi nümayiş olunmuşdur. Eyni zamanda kitabxanaların, eləcə də klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olmuş kitablardan 18-nin müzakirəsi keçirilmişdir. Avqust ayında nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 92 adda 857 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Bu dövrdə kitabxanalara 634 adda 1003 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalara 910 yeni oxucu müraciət etmiş, oxucu gəlişi              8 min 837, kitab verilişi isə 47 min 386 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 420 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 34 min 36-ya, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 35 olmaqla, belə kitabların sayı 4 min 8-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 202 lokal, 320 qlobal olmaqla, ümumilikdə, 522 oxucu istifadə etmişdir. 
    Hesabat dövründə rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  8 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən ötən ay Şahbuz rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına əməli köməkliklər göstərilmişdir. Babək Rayon Mədəniyyət Sarayında Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş tədbirdə konsert proqramı təqdim edilmişdir. Həmçinin avqustun 26-da Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa ilə Ordubad rayonunda qastrol səfərində olmuşdur.  Naxçıvan Dövlət Film Fondu tərəfindən “Kino günləri” layihəsi çərçivəsində 4, digər tədbirlərdə isə 5 olmaqla, ümumilikdə, 9 film nümayiş olunmuşdur. 
    Ötən ay Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn  Cavidin “Topal Teymur”,  Naxçıvan Dövlət Kukla Teatrında Şarl Perronun “Çəkməli pişik” əsərləri əsasında səhnələşdirilən eyniadlı tamaşaların məşqləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 18:55