AZ EN RU

Ötən ay muxtar respublika muzeylərinə 105 yeni eksponat təqdim edilib

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən cari ilin yanvar ayında tarixi və əlamətdar günlər, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər təşkil edilmişdir.
    Ötən ay Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri orkestrləri, Mahnı və Rəqs Ansamblı, xor kollektivləriNaxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və“Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxışlar etmişlər. Hesabat dövründə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında orkestrin konserti olmuşdur.
    “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 xalça haqqında məlumat Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.Ötən ay muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikaya səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Hesabat ayında muxtar respublikanın muzeylərini 11 min 396 yerli, 1397 əcnəbi olmaqla, ümumilikdə, 12 min 793 tamaşaçı ziyarət etmiş, muzeylərə 105 yeni eksponat daxil olmuşdur.
    Aid təşkilatlarla birgə yanvar ayında muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə və Bəhruz Kəngərli muzeyləri arasında interaktiv dərslər keçilmişdir.Həmçinin yanvar ayında Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək rayonunun ümumtəhsil məktəblərinin şagirdləri üçün “Şəhidlər unudulmur”, Kəngərli və Sədərək rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri üçünisə “Zəfər tarixi” mövzularında onlayn ekskursiyalar təşkil edilmişdir.2021-2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 41 açıq dərs keçilmiş, 14 mühazirə təşkil olunmuşdur. 
    Ötən ay Şərur rayonunun Oğlanqala, Babək rayonunun Kültəpə, Şahbuz rayonunun Ayrınc və Culfa rayonunun Ərəzin kənd mərkəzlərində muzey əməkdaşlarının sakinlərlə 4 görüşü keçirilmişdir. 
    “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi yanvar ayında da davam etdirilmişdir. Ay ərzində muxtar respublikanın kitabxanaları tərəfindən ədəbi şəxsiyyətlərin yubileyləri, eləcə də əlamətdar və tarixi günlərlə bağlı 20 tədbir keçirilmiş, 56 sərgi qurulmuşdur.Yanvar ayında “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı” və “Kitabxana” günləri ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 66 tədbir və 1 kitab müzakirəsi keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 28 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Hesabatdövründə muxtar respublikanın kitabxanalarına 64 adda 128 nüsxə çap məhsulu daxil olmuş, eyni zamanda 1633 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 764, kitab verilişi isə 43 min 882 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 704 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 29 min 706-ya, şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 50 olmaqla, belə kitabların sayı 3 min 701-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan, ümumilikdə, 657 oxucu istifadə etmişdir.
    Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kino inciləri haqqında125 material hazırlanmış vəpaylaşım edilmiş,eyni zamandaümumtəhsil məktəblərinin şagirdləri üçün ümumilikdə, 6 film nümayiş olunmuşdur. Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir. 
    C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ötən ay ərzində 2-si bilet satışı, 1-i isə xeyriyyə olmaqla, 3 tamaşa nümayiş etdirilmiş, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrındaay ərzində 14 tamaşa nümayiş olunmuş, V.Haqverdiyevin “Saçları səməni oğlan” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.Naxçıvan Dövlət Uşaq Teatrında isə yanvar ayında 8-i bilet satışı və 1-i xeyriyyə olmaqla, 9 tamaşa nümayiş etdirilmiş, T.Seyidovun “Bahar gəlir, yaz gəlir” əsəri əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılmışdır.

Naxçıvan muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.02.2022 21:42