AZ EN RU

Ötən ay ərzində 642 texniki sənəd hazırlanıb

    Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Şahbuz rayonunun Daylaqlı kəndində keçirilən tədbirdə iştirakçılara əkin atlaslarından istifadə edilməklə məhsuldarlığın artırılmasına nail olunması, torpaqlardan səmərəli istifadə yolları və onların mühafizəsi qaydaları haqqında məlumat verilib.
    Babək rayon inzibati ərazi vahidini əhatə edən bələdiyyələr üzrə işlər davam etdirilib. Rayonun Xəlilli kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədilə planaalma işləri başa çatdırılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 530 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.
    Ötən ay 990 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 642 texniki sənəd hazırlanıb, yeni yaranmış 55 daşınmaz əmlak obyektinə ünvan verilib, 78 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil edilən 125 müraciət icra olunub.
    6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, Şərur rayonunun Kərimbəyli və Mahmudkənd, Babək rayonunun Payız və Didivar, Ordubad rayonunun Üstüpü və Qoruqlar, Culfa rayonunun Kırna, Şahbuz rayonunun Sələsüz kəndlərində vətəndaşlara səyyari xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və

Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 04.08.2023 19:03