AZ EN RU

Ötən ay 467 texniki sənəd hazırlanıb

    Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi sentyabr ayında da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb.
    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Babək rayonunun Güznüt, Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq isə aid təşkilatların nümayəndələri ilə birlikdə Kəngərli rayonunun Böyükdüz kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ötən ay Şərur şəhərinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsinin və Sədərək rayonunun Dəmirçi, Şahbuz rayonunun Keçili, Mahmudoba, Nursu, Ayrınc və Güney Qışlaq kəndlərinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri aparılıb. Şahbuz rayonunun Badamlı qəsəbəsində monitorinq başa çatıb, Qızıl Qışlaq, Kükü, Biçənək və Kolanı kənd­lərinin ərazisində monitorinqlər davam etdirilib.
    Ötən ay 726 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 467 texniki sənəd hazırlanıb, yeni yaranmış 26 daşınmaz əmlak obyektinə ünvan verilib, 93 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 107 müraciət icra olunub.
    Muxtar respublika üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan dəmyə əkin sahələrinin uçotu aparılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 1215 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar               3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Şərur rayonunun Ərəbyengicə, Oğlanqala, Babək rayonunun Sirab, Yuxarı Uzunoba, Ordubad rayonunun Bist, Kələntər Dizə, Culfa rayonunun Milax və Şahbuz rayonunun Nursu kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazır­lanaraq vətəndaşlara təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə

Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.10.2022 19:47