AZ EN RU

Ötən ay 142 nəfərə əmək pensiyası təyin edilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün iyul ayında da müvafiq işlər görülüb, pensiya ödənilməsinə 17 milyon 365 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 311 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci ilin üçüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.
    Ötən ay pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün işlər görülüb, 106-sı yaşa, 15-i sağlamlıq imkanlarının məhdudluğuna, 21-i ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə, 142 vətəndaşa əmək pensiyası təyin edilib. Pensiya təyin edilən vətəndaşlardan 130-na ilk dəfə təyinat olub, 12-nə isə pensiya növündə dəyişik­lik edilib. Qanunvericiliyə uyğun olaraq 539 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa, dövlət icbari şəxsi sığortası üzrə daxil­olmalar diqqətdə saxlanılmış, sığortaedənlər tərəfindən 533 min 428 manat vəsait fondun hesabına köçürülüb. Dövlət icbari şəxsi sığorta ödənişini almaq üçün12-si sağlamlıq imkanları məhdudluğa, 2-si az ağır xəsarətə görə olmaqla,14 hərbi qulluqçuya sığorta ödənişi həyata keçirilib. Ümumilikdə, 51 min 700 manat vəsait bu şəxslərin hesablarına köçürülüb.
    Hesabat dövründə məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 12 milyon 450 min 700 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 20,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 70,4 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılmışdır. Hesabat dövründə 1 hüquqi və 276 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda 304 yeni əmək fəaliyyətinə başlayan sığorta­olunana fərdi şəxsi hesab açılıb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun 
mətbuat xidməti

Nəşr edilib : 16.08.2022 17:23