AZ EN RU

Ötən ay 133 nəfərə əmək pensiyası təyin edilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayında əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilib, pensiya ödənilməsinə 15 milyon 679 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 289 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımların da pensiya ilə birlikdə ödənilməsi həyata keçirilib.
    Hesabat dövründə pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün işlər görülüb, 89-u yaşa, 20-si sağlamlıq imkanlarının məhdudluğuna, 24-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə, 133 vətəndaşa əmək pensiyası təyin edilib. Pensiya təyin olunan vətəndaşlardan 120-nə ilk dəfə təyinat olub, 13-nə isə pensiya növündə dəyişiklik edilib. Onlardan 40-ı kişi, 93-ü isə qadındır. Qanunvericiliyə uyğun olaraq 556 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Eyni zamanda fərdi uçot sisteminin qurulması ilə əlaqədar müvafiq işlər də diqqətdə saxlanılıb, ilk dəfə əmək fəaliyyətinə başlayan 360 sığortaolunana fərdi şəxsi hesab açılıb.
    Ötən ay məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 9 milyon 999 min 800 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 8,4 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,6 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Bundan başqa, dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar da diqqətdə saxlanılıb, sığortaedənlər tərəfindən 84 min 164 manat vəsait fondun hesabına köçürülüb, sığorta ödənişi almaq hüququ olan hərbi qulluqçulara sığorta ödənişi verilib. Hesabat dövründə 9 hüquqi və 367 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Ay ərzində pensiya təyinatı altsisteminə pensiya işlərinin daxil edilməsi davam etdirilib, altsistemə daxil edilən pensiya işlərinin sayı 25 mini ötüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 18:38