AZ EN RU

Ötən 3 ayda Naxçıvan sakinlərinə qaytarılan ƏDV məbləği 56 min manatı ötüb

Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 min 522 kassa çeki üzrə 56,5 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin fevral ayında isə 137 min 184 kassa çeki üzrə 34,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Nəşr edilib : 28.03.2023 15:25