AZ EN RU

Orxan Məmmədov: "Azərbaycanda kiçik sahibkarlar böyük marketlərə daxil olmaqda çətinlik çəkir"

Azərbaycanda kiçik sahibkarlar, xüsusilə böyük marketlərdə yer tapmağa çətinlik çəkirlər, bəzi hallarda isə ümumiyyətlə ora daxil ola bilmirlər.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanda çalışan hər böyük sahibkar yerli kiçik şirkətlərə şans verməyə borcludur.

"Biz KOBİA olaraq bu problemin həlli yönündə marketlərdə rəfləri alıb təmənnasız olaraq KOB-ların orada məhsullarını satışa çıxarmasını təmin edirik. Bununla belə, xüsusilə KOB-larda təchizat məsələlərində problemlər mövcuddur. Böyük marketlər tədarükçülərdən ucuz qiymətə mal sifariş edir, kiçik sahibkarlar isə həmin tədarükçülərdən malı yüksək qiymətə alır. Ona görə də onların gəlirliyi böyük marketlərlə müqayisədə aşağıdır", - deyə o qeyd edib.

Nəşr edilib : 13.05.2024 11:57