AZ EN RU

Orta İxtisas Polis Məktəbində tədbir keçirilib - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov iştirak etmişdir. İlk öncə Ulu Öndərin, Vətən müharibəsi şəhidlərinin və xidmət zamanı həyatını itirmiş həmkarlarımızın əziz xatirəsi ehtiramla yad edilmiş və dövlət himni səsləndirilmişdir. 
    Andiçmə mərasimində çıxış edən nazir gənc polislərə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun salamını və təbrikini çatdırmış, Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi yüksək diqqət və qayğıdan danışmışdır. Sonra Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənovun və Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev də çıxışları dinlənilmişdir. Tədbirdə gənc əməkdaş, şəhid yoldaşı Gülnar Rzayeva çıxış edərək yaradılan yüksək şəraitə görə dövlət başçısına və Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin rəhbərliyinə kurs yoldaşları adından minnətdarlıq etmişdir. Sonra gənc əməkdaşlar polis andını qəbul etmişlər. Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır. Tədbirdən sonra nazir dinləyici və kursantlar üçün yaradılan şəraitlə yaxından tanış olmuş, həmin şəraitdən daha səmərəli istifadə olunması üçün tövsiyyə və tapşırıqlarını vermişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.02.2023 18:58