AZ EN RU

“Orqanik Naxçıvan”ın fəaliyyəti təkmilləşdiriləcək, aqroklaster yaradılacaq

“Orqanik Naxçıvan” publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə 2023-cü il oktyabrın 27-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib.  Dekabrın 5-də müsabiqə uğurla yekunlaşıb. 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “TRİUMPH-M” MMC ilə satınalma müqaviləsinin imzalanması üzrə müvafiq işlər aparılır. Sözügedən tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5.400.000,0 manat vəsaitin 400.000,0 manatı Aqroklasterin yaradılması, 5 000.000 manatı isə muxtar respublikada toxumçuluq təsərrüfatının formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.01.2024 10:43