AZ EN RU

“Orqan transplantasiyası” Beynəlxalq Konfransı keçirilir YENİLƏNƏCƏK

Dekabrın 1-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan transplantasiyası” Beynəlxalq Konfransı keçirilir. Konfransın təşkilatçıları Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Türkiyənin Medical Park Xəstəxanalar Qrupu və Naxçıvan Həkimlər Assosiasiyasıdır. Konfransda Azərbaycan və türk cərrahlarının dünyada, Türkiyədə və Azərbaycanda orqan transplantasiyasındakı hazırkı vəziyyəti, orqan transplantasiyasının tarixi, donor və resipient prosedurları və sair mövzularda məruzələri olacaq.

Konfrans saat 9:00-da Ümummilli Lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarətdən sonra saat 10-da Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında öz işinə başlayacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 01.12.2023 09:00