AZ EN RU

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

Nəşr edilib : 14.09.2022 15:18