AZ EN RU

Ordubadın yeni dövrü başlayır

Ölkə başçısının “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında imzaladığı Sərəncam mədəniyyətimizə, tarixi ənənələrimizə, milli irsimizə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Tarixiliyi, adət-ənənələrə sadiqliyi ilə seçilən, Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı Ordubad üçün bu Sərəncamla yeni inkişaf dövrü başlayır. Bu Sərəncam Ordubadın tarixiliyini qorumaqla yanaşı, müasir inkişafına da böyük təkan verəcək. Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd etdiyimiz bu günlərdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət qoruğunun yaradılması haqqında ölkə başçısının Sərəncamı bütün Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin, xüsusilə Ordubad əhalisinin sevincinə səbəb oldu.

Cəbi QULİYEV

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Nəşr edilib : 21.02.2024 15:30