AZ EN RU

Ordubadın cənab İlham Əliyevin Sərəncamı ilə qorunması biz Ordubad sakinləri üçün əvəzsizdir!

Gözəlliyin, tarixiliyin və əsrarəngizliyin təcəssümü Ordubadın cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə qorunması biz – Ordubad sakinləri üçün əvəzsizdir! Cənab Prezidentimizə minnətdarıq!

Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu özünün müdhiş tarixi, bənzərsiz mədəniyyəti, əlverişli coğrafiyası və saysız müsbət xüsusiyyətləri ilə fərqlənir. Bunlarla yanaşı, Ordubad çox mühüm bir məsuliyyət də daşıyır! Şərqlə Qərbin qovşağında yerləşən Ordubad rayonu həm də vətəndən vətənə gələn qonaqları ilk salamlayacaq! Qılıncın, “dəmir yumruğ”un bütövləşdirdiyi Azərbaycanımızın dilbər guşələrindən olan Ordubad, qələmin itiliyi ilə özünün yeni dövrünə qədəm qoyacaq! Dahi dramaturq, böyük ictimai xadim Məmməd Səid Ordubadi “Qılınc və qələm” əsərində yazırdı: “Qocalara keçmişləri, gənclərə isə gələcəyi üçün qiymət verilsəydi, hər kəs öz əməyinin qədərincə mükafat alardı”. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam Ordubadın keçmişinə ən böyük dəyər, gələcəyinə isə qiymətsiz töhfədir. Biz – Ordubad gəncləri əminik ki, cənab Prezidentimizin Sərəncamı ilə Ordubadımız gözəlliyinə daha da gözəlliklər əlavə edəcək! Və bizlər bu yolda məsuliyyətimizi tamamilə dərk edir, vətənimizin inkişafı naminə hər zaman hazır olduğumuzu bildiririk!

Təbrizə BAĞIROVA

Ordubad rayon Dırnıs kənd sakini,

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri,

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin baş elmi işçisi,

Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə doktorant

Nəşr edilib : 22.02.2024 18:07