AZ EN RU

Ordubadda şəhid Haşımlı Tural Əbdül oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

25 fevral 2017-cü il tarixdə Xocavənd rayonu ərazisində xüsusi kəşfiyyat xarakterli tapşırığı yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Haşımlı Tural Əbdül oğlunun  il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, rayon Təhsil şöbəsinin nümayəndələri, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin kollektivi, şəhidin ailə üzvləri iştirak edib. Ordubad şəhərində Şəhidlər Xiyabanı  ziyarət olunub, məzarların üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş  şeirlər səsləndirilib. 
 Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən bəhs olunub. Şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Nəşr edilib : 29.02.2024 19:25