AZ EN RU

Ordubadda Kənd Uşaq Musiqi Məktəbinə direktor təyin olunub

"Şərq qapısı" xəbər verir ki, Ordubad rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinə direktor təyin olunub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir  müavini Həsən Seyidov bununla bağlı əmr imzalayıb. İmzalanan əmrə əsasən, Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbulla bağlı müsahibə komissiyasının  yekun protokolu və ərizəsi nəzərə alınaraq Əliyeva Səmra Bəxtiyar qızı Vənənd Kənd Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Nəşr edilib : 22.04.2024 10:38