AZ EN RU

Ordubad şəhərinin “Qoruq şəhər” statusu ilə bağlı iclas keçirilib

    Ordubad şəhərinin “Qoruq şəhər” statusunu özündə ehtiva edən məsələlər və mövcud imkanlar barədə iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Nazirlər Kabinetinin şöbə müdiri Nihad Qurbanov, Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, rayonun müxtəlif sənət sahibləri və kulinariya ilə məşğul olan vətəndaşlar iştirak edib. 
   Şəhərin qoruq irsinin qorunması, qədim küçələri olan Dədə Qorqud, Anbaras və Sərşəhər küçələrində mikrosahibkarlığın inkişafına imkan yaradacaq kiçik xidmət subyektlərinin, rayona gələn turistlərin rahat hərəkətinin təşkil edilməsi və onlara Ordubad mətbəxinin tanıdılması, ləziz təamlarının  satışının təşkil edilməsi, ailə təsərrüfatçılarının yetişdirdikləri meyvə məhsullarının, mürəbbə və kompot növlərinin, dərman bitkilərindən hazırlanan ekstraktların, eləcə də qədim sənət növlərinin  dirçəldilməsi məsələləri barədə qarşılıqlı fikir mübadilələri aparılıb. Vətəndaşlara qədim küçələrdə olan köhnə və istifadəsiz dövlət binalarının, boş yerlərin şəkil və sxemləri göstərilib, kiçik xidmət subyektlərinin qurulması üçün şəraitin yaradılması nəzərə çatdırılıb. 
 

Nəşr edilib : 13.07.2023 20:21