AZ EN RU

Ordubad şəhərindəki “Ərbabın iş yeri” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində satınalma yekunlaşdırılıb

Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində satınalma yekunlaşdırılıb, eskiz layihələri hazırlanır. Qoruq ərazisində olan bir neçə memarlıq abidəsinin bərpa layihəsinin hazırlanması istiqamətində satınalmanın həyata keçirilməsi üçün işlərə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Ordubad şəhəri ərazisində, təxminən, 200-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi var. Hazırda  qoruq ərazisində olan abidələrin mövcud vəziyyətinin müəyyən edilməsi ilə bağlı işlərə başlanılıb.

 

Nəşr edilib : 02.07.2024 17:25