AZ EN RU

Ordubad şəhərində vergi ödəyicilərinə xidmət mərkəzi qurulur

Naxçıvan Muxtar Respublikasında tətbiq edilən müasir vergi inzibatçılığının davamı olaraq vergi ödəyicilərinə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Ordubad şəhərində vergi ödəyiciləri üçün müasir dizaynlı yeni xidmət mərkəzi qurulur.

Ən son avadanlıqlarla təchiz ediləcək xidmət mərkəzində bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.

Nəşr edilib : 31.10.2023 14:41