AZ EN RU

Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub

 Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə 12 qız, 42 oğlan olmaqla, ümumilikdə 54 şagirdə məktəbli ləvazimatları, idman formaları və ayaqqabıları, gigiyenik vasitələr alınıb.

İnternat məktəbində tərbiyə alan xüsusi qayğıya ehtiyacı olanları sevindirmək üçün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları uşaqların qaldıqları müəssisəyə gedərək onların zövqlərinə və istəklərinə uyğun hədiyyələr və şirniyyatlar təqdim ediblər.

Nəşr edilib : 24.10.2023 17:14