AZ EN RU

Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya keçirilib, şagirdlərə bayram sovqatı verilib - FOTOLAR

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 18 nəfərdən ibarət həkim briqadası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Məhəmməd Füzuli adına Ordubad internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.
    Aksiyada peşəkar həkim heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə – profilaktik xidmətlər göstərib. Müayinələr zamanı məktəbin yataqxanasında yaşayan şagirdlər müxtəlif tibbi müayinələrdən keçiblər. Xəstəlik aşkar olunan uşaqlara müalicələr yazılıb, 10 uşaq daha ətraflı müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub.
    Humanitar tibbi aksiya çərçivəsində 52 şagird şəxsi təmizlik və gündəlik gigiyenik istehlak məhsulları ilə təmin edilib, isti qış geyimləri və ayaqqabılar, eləcə də digər hədiyyələr verilib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2023 17:44