AZ EN RU

Ordubad rayonunun Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır

Naxçıvanda qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq keçilməz vəziyyətə düşmüş yolların təmizlənməsi işləri davam etdirilir
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, son günlər intensiv yağan yağıntılar nəticəsində Ordubad rayonunun Tivi-Biləv kənd avtomobil yolunda su keçidlərini palçıq və lil tutub. Agentliyin işçi heyəti və lazımi avadanlıq əraziyə cəlb olunub, hazırda yollarda təmizlənmə işləri aparılır.

Nəşr edilib : 01.07.2024 17:38