AZ EN RU

Ordubad rayonunun Qoşadizə və Kələntər Dizə kəndlərinin sakinləri ilə səyyar qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli növbəti səyyar qəbulu Qoşadizə kəndində keçirib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq nümayəndəliyin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə Qoşadizə kəndi ilə yanaşı, eyni nümayəndəliyi əhatə edən Kələntər Dizə kəndinin sakinlərinin də müraciət və təklifləri dinlənilib.
Görüş zamanı kənd sakinləri yaşayış səviyyələrinin yüksəldilməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, içməli su təminatının yaxşılaşdırılması, internet şəbəkəsi imkanlarının genişləndirilməsi, kəndin yuxarı hissəsində qonşu kəndin ərazisinə gediş-gəliş üçün avtomobil körpüsünün tikintisi, kənddə məktəb, kənd və xidmət mərkəzi binalarının tikintisi və müxtəlif sahələrində qarşılaşdıqları çətinliklərinin aradan qaldırılması üçün müraciət və təkliflərlərini səsləndiriblər. Sakinləri narahat edən məsələlərin,  təklif və müraciətlərin həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib, vətəndaşlara qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. 
Sonda vətəndaşlar onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 30.03.2024 11:49