AZ EN RU

Ordubad rayonunun Kotam kəndində səyyar qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Şəhriyar qəsəbəsi və Kotam kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kotam kəndində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə qəsəbə, kənd vətəndaşlarının müraciət və təklifləri dinlənilib.

Görüş zamanı vətəndaşlar məşğulluq imkanlarının genişləndirilməsi, suvarma suyu təminatının daha da yaxşılaşdırılması məqsədilə illər əvvəl çəkilən boruların yenilənməsi, kənd və qəsəbə daxili yolların asfaltlanması və digər sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müraciət və təkliflərlərini səsləndiriblər. Mövcud problemlərinin həlli ilə bağlı icra hakimiyyətinin müavinlərinə, şöbə müdirlərinə, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib. 

 Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemlərinin həllinə yerlərdə belə obyektiv və operativ yanaşılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 09.04.2024 20:42