AZ EN RU

Ordubad rayonunun Gilançay kəndində vətəndaşlarla səyyar qəbul keçirilib

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli növbəti dəfə Gilançay kəndinin sakinləri ilə səyyar qəbul keçirib. Kənd mərkəzində keçirilən qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, müvafiq kəndin icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.. 
Görüş zamanı kənd sakinləri sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi, içməli və suvarma suyu təminatının yaxşılaşdırılması, elektrik, yol və digər  sahələrdə yarana biləcək problemlərinin həlli, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müraciət və təkliflərini səsləndiriblər. Mövcud problemlərinin həlli ilə bağlı icra hakimiyyətinin məsul əməkdaşlarına, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar verilib.  
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya, onların problemlərinin həllinə yerlərdə belə həssaslıqla yanaşılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 05.04.2024 22:22