AZ EN RU

Ordubad rayonunun Dəstə kəndində səyyari qəbul keçirilib

Vətəndaşların qarşılaşdıqları problemləri yerində həll etmək, təkliflərini nəzərə almaq və mövcud çatışmazlıqları aradan qaldırmaq məqsədilə 21 may 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Dəstə kəndində səyyari qəbul keçirilib, yerli sakinlərin müraciətləri dinlənilib. Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin akt zalında keçirilən qəbulda başçının müavinləri, aparatın məsul şəxsləri, xidməti təşkilatların rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Sakinlərlə Dəstə kəndinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, yol infrastrukturu, meliorativ problemlər, sosial yardım və s. sahələr üzrə səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib.

Nəşr edilib : 21.05.2024 21:33