AZ EN RU

Ordubad rayonunun Darkənd və Dəstə kəndlərində şəhidlərin doğum günləri qeyd olunub

Azərbaycanın müdafiəsi, ərazi bötüvlüyünün qorunması, suverenliyinin bərpa olunması  zamanı şəhidlik zirvəsinə ucalmış  Məmmədəliyev Saday Rza oğlu və Əliyev Əli Ədib oğlunun doğum günü ilə əlaqədar dəfn olunduqları Darkənd və Dəstə kəndlərində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Dəstə və Aza kəndlərinin məktəb kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və kənd ictimaiyyəti iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb.  Şəhidlərimizin ruhlarına dualar oxunub, çıxışlar dinlənilib. Məktəblilər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. 
 Çıxışlarda Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq Zəfəri olan 44 günlük Vətən müharibəsindən, antiterror əməliyyatından bəhs olunub. Xalq, ordu və dövlət birliyinin vəhdəti ilə qazanılmış şanlı qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandana minnətdarlıq olunub, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Nəşr edilib : 01.03.2024 21:04