AZ EN RU

Ordubad rayonunda yaradıcılıq festivalı keçirilib

    Ordubad Rayon İcra Hakimiyyətinin və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin yaradıcılıq festivalı keçirilib.
    Festivalda Uşaq-Gənclər İdman Məktəbinin, Şahmat məktəbinin, STEAM, robotexnika, rəsm, bədii gimnastika, toxuculuq, bədii tikmə, ebru sənəti dərnəklərinin üzvləri iştirak ediblər. Dərnək üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub, ümumtəhsil məktəblərinin və Ordubad Rayon Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən mahnı, rəqs və şeirlər ifa edilib. Festival günün sonunadək davam edib.
Xəbərlər şöbəsi

Nəşr edilib : 23.06.2023 11:19