AZ EN RU

Ordubad rayonunda şəhidin xatirəsi yad edilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda 17 aprel 1994-cü il tarixdə Goranboy rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Hüseynov Ceyhun Tahir oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib, şəhidimizin xatirəsi yad edilib. Gənzə kənd qəbiristanlığında məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. 

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Gənzə kənd tam orta məktəbinin kollektivi və kənd ictimaiyyəti iştirak edib, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. 

Çıxış edənlər Azərbaycan xalqını tarixi Zəfərə daşıyan, vətənimizin müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirələrinin hər zaman ehtiramla yad edildiyini vurğulayıb, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyini qeyd ediblər.

Nəşr edilib : 17.04.2024 20:19