AZ EN RU

Ordubad rayonunda şəhidin anım tədbiri keçirilib

24 may 1992-ci il tarixdə Xorxat yüksəkliyində  vətənin müdafiəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sadiqov Qafil Orucqulu oğlunun il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, Gənzə kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

   Çıxışlarda müstəqilliyimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhidimizin yaxın ailə üzvlərinə mənəvi dəstək ifadə olunub. Məktəblilər tərəfindən şəhidimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

Nəşr edilib : 24.05.2024 19:57