AZ EN RU

Ordubad rayonunda sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılıb

Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər barədə məlumatlandırmaq üçün maarifləndirmə tədbirlərinə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə  təşkil olunan növbəti belə tədbir  oktyabrın 12-də Ordubad rayonunda təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Ordubad rayonu İcra Hakimiyyətinin, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da qarşıya qoyulmuş baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması ilə bağlı sahibkarlarla müzakirə təşkil olunub.

Müzakirədə iştirak edən İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu, Ordubad rayonu İcra Hakimiyyəti, Aqrarkredit QSC-nin Naxçıvan filialının nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.10.2023 14:40