AZ EN RU

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş olub

İyunun 22-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş olub. Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli və digər dövlət rəsmiləri, deputatlar, elm adamları, qərbi azərbaycanlılar, ictimaiyyət, media nümayəndələri iştirak ediblər. 
Görüş iştirakçıları Naxçıvanı ölkənin digər bölgəsiylə birləşdirən Zəngəzur dəhlizinin əsas nöqtələrindən sayılan Ordubad rayonunun Kotam kəndi ərazisində və Salamməlik stansiyasında olublar, dəhliz boyu irəli rəmzi addımlar atıb, xatirə şəkli çəkdiriblər. Səmimi söhbət zamanı ölkə Prezidentinin Qərbi Azərbaycana qayıdış konsepsiyasına dair fikirlər səsləndirilib, festival-konqresin əhəmiyyətindən danışılıb.


Nail ƏSGƏROV

Nəşr edilib : 22.06.2024 20:05