AZ EN RU

Ordubad rayonunda Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

27 may 2024-cü il tarixdə Ordubad rayon Mədəniyyət sarayında Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin kollektivi, Hüquq mühafizə orqanlarının məsul şəxsləri, idarə, təşkilat, müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları tərəfindən əlamətdar hadisənin tarixi haqqında ətraflı məlumat verilib, 28 may 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin Müsəlman şərqinin ilk demokratik dövləti olması, həmçinin hüquqi, dünyəvi və parlamentli xüsusiyyətlərə malik olduğu dilə gətirilib. 23 aylıq qısa  zaman kəsiyində görülən işlərə nəzər salınıb. Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Cumhuriyyət dəyərlərinin yaşadılması ilə bağlı görülən işlərdən geniş bəhs olunub. Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra ilk dəfə olaraq bu əlamətdar günün ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi şəraitdə  qeyd olunduğu dinləyicilərin nəzərinə çatdırılıb. 
Tədbirin bədii hissəsində Ordubad rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifasında vətənpərvərlik ruhunda musiqi nümunələri təqdim edilib. Konsert proqramı dinləyicilərdə xoş ovqat yaradıb.

Nəşr edilib : 27.05.2024 22:16