AZ EN RU

Ordubad rayonunda “Açıq qapı” günü keçirilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları təsdiq edilən tədbirlər planının icrasına müvafiq olaraq “Açıq qapı” günlərinin keçirilməsini davam etdirirlər. 
Növbəti qəbul martın 30-da Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutub. Vətəndaşlar fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Əsasən aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciət edən vətəndaşlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə fəaliyyətinə uyğun araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb.
Qeyd edək ki, “Açıq qapı” günləri çərçivəsində cari ilin 3 ayı ərzində nazirliyin əməkdaşları tərəfindən 5 rayonda görüş keçirilib.  Növbəti qəbulun aprel ayının 11-də Şahbuz,  28-də isə Sədərək rayonlarında keçilməsi nəzərdə tutulmuşdur. 

Naxçıvan Muxtar Respublikası
     Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 30.03.2023 18:09