AZ EN RU

Ordubad rayonunda 20 yanvar şəhidlərinin ruhu ehtiramla yad edilib

Ordubad rayonunda 20 yanvar faciəsinin 34-cü il dönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.
20 Yanvar Azərbaycan xalqının dirçəlişə, müstəqilliyə gedən yolda cəsarətinin, əzminin, mübarizliyinin simvoludur. Hər il bu gün ölkəmizdə, eləcə də onun muxtar respublikasında şəhidlərimizin xatirəsi yad edilir, onların ruhuna dualar oxunur. 
Ümumxalq Hüzn Günündə  Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin kollektivi, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri , şəhid ailələri, qazilər və digərləri Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəşr edilib : 20.01.2024 16:31