AZ EN RU

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Əndəmic kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru və psixoloqu  iştirak etmişdir.

Ordubad rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Fərid Orucəliyev "Heydər Əliyev və Azərbaycan gəncliyi” başlıqlı mövzu ilə bağlı və rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas  Amin Məmmədzadə "Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ” başlıqlı mövzu ilə çıxış etmişlər.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Nəşr edilib : 28.02.2023 16:05