AZ EN RU

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Vənənd kəndində səyyar qəbul keçirib

    Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Vənənd kəndində səyyar qəbul keçirib. Rayon İcra Hakimiyyətinin  başçısı Rəcəb Rəhimli son illər respublikamızda həyata keçirilən innovasiyalara əsaslanan quruculuq işlərindən, əhalinin rifah halının yaxşılaşdırılmasından, sosial-iqtisadi inkişafa söykənən islahatların Ordubad rayonunda da geniş vüsət almasından danışıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin rəhbərliyi altında yeni idarəetmə modelinin yaradılmasının muxtar respublikanın çoxşaxəli inkişafına təkan verəcəyini, ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” nın Ordubad rayonu üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib, rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. 
     Vətəndaş qəbulunda kənd sakinlərinin üzləşdikləri müxtəlif istiqamətli çətinliklər və təkliflər dinlənilib, müvafiq sahələr üzrə məsul şəxslərin iştirakı ilə bu məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
    Qəbul zamanı vətəndaşların irəli sürdüyü məsələlərin bir hissəsi qəbulun gedişində öz həllini tapıb, digər məsələlərin həlli üzrə icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxslərinə müəyyən tapşırıqlar verilib.


Xəbərlər şöbəsi

Nəşr edilib : 21.08.2023 15:01