AZ EN RU

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi müəyyənləşdirilib

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı təşkil edilən Komissiyanın növbəti iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, komissiya tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası müəyyənləşdirilməsi ilə bağlı aparılan işlər haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, komissiya tərəfindən ilkin olaraq Qoruğun ərazisi 240 ha müəyyənləşdirilib. İclasda həmçinin növbəti mərhələdə görüləcək işlər geniş müzakirə olunub. 
Qeyd edək ki, 21 fevral 2024-cü il tarixdə Ölkə başçısı İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamla Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Nəşr edilib : 07.04.2024 15:58