AZ EN RU

Operativ vergi nəzarəti tədbirləri diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən sentyabr ayında da muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 1 vergiödəyicisində qanunvericiliyin pozulması faktı aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı həmin vergiödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığortahaqqının ödənilməsi haqqında qəbz”in alınmaması faktı aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.10.2022 19:48